AZ | |
|
![]() |
|||||||||
![]() |
![]() |
||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
|
![]() |
||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
Məişət qaz cihazları quraşdırılan otaqlarda tələb edilən texniki normalarTəbii qazla işləyən tutumlu və axımlı su qızdırıcıları quraşdırılan vanna otaqları aşağıdakı tələblərə cavab verməlidir: · təbii qazla işləyən axımlı su qızdırıcıları quraşdırılan vanna otaqlarının həcmi 7,5 m3- dən, tutumlu su qızdırıcıları quraşdırılan vanna otaqlarının həcmi isə 6,0 m3 - dən az olmamalıdır; · vanna otağında ventilyasiya kanalı və tüstü bacası olmalıdır; · vanna otağının qapısı çölə açılmalı, təmiz havanın daxil olması üçün qapı ilə döşəmə arasında sahəsi 0,02 m2 - dən az olmayan sahə olmalıdır və ya qapının aşağı hissəsində ümumi sahəsi həmin sahəyə ekvivalent olan dəliklər açılmalıdır; · vanna otaqlarının daxili qaz xətləri və onlar üzərindəki işçi və nəzarətçi kranlar layihədə nəzərdə tutulmuş yerlərdə quraşdırılmalıdır; · vanna otağında bütün qaz xətləri və onların yivli birləşmələri üçün istifadə edilən hissələr (fitinqlər) poladdan olmalıdır; · təbii qazla işləyən axımlı su qızdırıcıları yanmayan divarda quraşdırılmalıdır və divardan ən azı 2 sm aralı olmalıdır.
Qaz plitələri quraşdırılan mətbəxlər aşağıdakı tələblərə cavab verməlidir: · yaşayış binalarında qaz plitələri quraşdırılan mətbəxlərin hündürlüyü 2,2 metrdən az olmamalıdır. Nəfəsliyi və ventilyasiya kanalı olmalıdır; · mətbəxin həcmi dördgözlü plitələr üçün 15 m3-dən, üçgözlü plitələr üçün 12 m3-dan, ikigözlü plitələr üçün 8 m3–dən az olmamalıdır; · mətbəxdə quraşdırılan qaz plitəsi ilə qarşı divar arasında ən azı 1m məsafə olmalıdır.
|
![]() |
||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |