AZ | |
|
![]() |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() |
![]() |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

"ASAN"-da Müştəri xidməti tərəfindəndən abonentlərə göstərilən xidmətlər1. İtirilmiş və ya zədələnmiş smart kartın bərpası
Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində
Qeyd 1: Bu xidmət mülkiyyət sahibindən asılı olmayaraq istənilən rəsmi müraciət edən şəxsə göstərilə bilər.
2. Borc və ödəniş haqqında arayışların verilməsi
Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində
Qeyd 1: Borc haqqında arayışın təqdim edilməsi üçün tələb olunan sayğac göstəriciləri barədə məlumatları, vətəndaşın rəsmi müracəti əsasında, 1 (bir) iş günü müddətində "Müştəri xidməti” şöbəsinin əməkdaşı tərəfindən həmin ünvanda müvafiq araşdırma zamanı bütün məlumatlar xüsusi hazırlanmış blankda qeyd edilərək müvafiq "ASAN kommunal” mərkəzində çalışan qrup rəhbərinə təqdim edilməklə tələb olunan işin icrası təmin olunur.
3. Abonent məlumatlarında dəyişikliklərin edilməsi
Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində
Qeyd 1: Abonent məlumatlarında dəyişikliklər edildiyi zaman qaz təchizatı haqqında müqavilə “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində bağlanılır. Qeyd 2: Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə payçıların hər biri ayrıca abonent olduğu hal istisna olmaqla) onların razılıq ərizəsi tələb olunur. Qeyd 3: Başqa şəxs müraciət etdiyi halda qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir. Qeyd 4: Abonentin mülkiyyət sənədi olmadığı halda, ona məxsus abonent kodunu notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında digər şəxsin adına keçirə bilər. Qeyd 5: Borc aşkar olunduğu halda abonent məlumatlarında dəyişikliklərin edilməsi xidməti həyata keçirilmir. Yalnız borc ödənildikdən sonra xidmət göstərilə bilər. Qeyd 6: Mənzil Tikinti Koorperativləri tərəfindən verilən alqı-satqı müqavilələri həmin MTK-lar tərəfindən təsdiqlənir. Qeyd 7: Abonentə məxsus mülkiyyət hüququnu təsdiq edən sənəd bankda girovda olduqda, onun bank tərəfindən təsdiq olunmuş surəti təqdim olunmalıdır. Qeyd 8: Abonent bazasında qeyd olunan ünvan ilə mülkiyyət sənədində qeyd olunan ünvan arasında fərq aşkar olunduqda, vətəndaşın müracəti rəsmi olaraq qəbul edilir, 1 (bir) iş günü müddətində "Müştəri xidməti” şöbəsinin əməkdaşı tərəfindən həmin ünvanda müvafiq araşdırma zamanı bütün məlumatlar xüsusi hazırlanmış blankda qeyd edilərək müvafiq "ASAN kommunal” mərkəzində çalışan qrup rəhbərinə təqdim edilməklə tələb olunan məlumat dəyişikliyi həyata keçirilə bilər. Qeyd 9: Sənədsiz evlərdə, abonent kodunda qeyd olunan şəxs rəhmətə getdikdə, həyat yoldaşının adına bu kodun rəsmiləşdirilməsi rəhmətə gedən şəxsin ölüm haqqında və nigah haqqında şəhadətnamələri əsasında, əlavə sənəd tələb olunmadan bu xidmət həyata keçirilə bilər.
4. Sayğacların istismarı ilə bağlı məlumatın verilməsi
Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində
5. Smart tipli sayğaclarda istifadə edilməyən məbləğin yeni quraşdırılmış sayğacın smart kartına köçürülməsı
Xidmət göstərilən yer: “ASAN Kommunal” Mərkəzlərində
Qeyd 1: Başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir. Qeyd 2: Abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə). Qeyd 3: Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər. Qeyd 4: Sayğacın elektron ekranı işləmədiyi halda, elementi bitdiyi, sayğacın kart oxuyucusu kartı qəbul etmədiyi, "alarml” rejimində və elektron sistem problemləri (F100- F151) olduğu hallarda həmçinin digər üzrlü səbəblərdən sayğacdakı istifadə olunmayan qalıq məbləğ karta köçürülməyibsə, abonentin əvəzlənən sayğaca ödədiyi ümumi məbləğdən mexaniki göstərici ilə əks olunmuş ümumi sərfiyyat çıxarılaraq yerdə qalan məbləğ abonentin yeni smart kartına köçürülür. Qeyd 5: Xidmət zamanı köhnə smart sayğacın kartında məbləğ aşkar olunmadıqda xidmətin göstərilməsindən imtina olunur və tövsiyyə olunur ki, köhnə sayğacda olan məbləğ "credit back" proseduruna uyğun olaraq (sayğacdan geri olaraq karta pulun köçürülməsi proseduru) həmin sayğacın smart kartına yükləndikdən sonra müraciət olunsun. Qeyd 6: Abonentin maaliyyə çətinliyi mövcud olduğu halda sayğacın üzərində aşkarlanmış və dəyəri ödənilməmiş qaz sərfiyyatının tarifi 0.10 qəpik təşkil edən ilkin 170 AZN miqdarında qaz sərfiyyatının dəyərinin ödənişi həyata keçirdikdən sonra qalıq borc vəsaiti hissəli ödəniş sisteminə salınmaqla müvafiq xidmət həyata keçirilir. Qeyd 7: Abonentdə sayğacın dəyəri və yaxud dəymiş ziyan aşkar olunduqda tələb olunan borc vəsaitin ödənişi tam şəkildə təmin olunmalıdır. Abonentin maaliyyə çətinliyi mövcud olduğu halda güzəşt olaraq qeyd olunan borc vəsaiti iki hissəyə bölünərək ilkin olaraq 50%-ni ödəməklə qalıq vəsaitini 1 ay müddətində ödəniş etmək üçün tələb olunan bütün prosedurlar həyata keçirilməlidir. Qeyd 8: Notarial qaydada təsdiq olunmuş kirayə Müqaviləsi təqdim olunduqda Kirayəçi ilə Müqavilə bağlana bilər. Qeyd 9: Notarial qaydada təsdiq olunmuş kirayə Müqaviləsi təqdim olunduqda Kirayəçiyə yeni kart təslim edilə bilər.
6. Mexaniki sayğacların smart tipli sayğaclar ilə əvəz olunması səbəbindən yeni smart kartların verilməsi
Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində
Qeyd 1: başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir. Qeyd 2: abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə). Qeyd 3: yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər. Qeyd 4: : Qazın alqı-satqı müqaviləsi "ASAN Kommunal” və "ASAN xidmət” mərkəzində bağlanılır. Əhali abonentləri ilə Müqavilə mülkiyyət sahibi ilə bağlanılmalıdır. Əgər hər hansı bir səbəbə görə mülkiyyət sahibi Müqavilənin imzalamasında iştirak edə bilməzsə, bu halda bu mülkiyyətin ünvanına rəsmi qeydiyyatda olan (şəxsiyyət vəsiqəsində müvafiq qeyd varsa) digər şəxs Müqaviləyə mülkiyyət sahibinin yerinə imza ata bilər. Qeyd 5: Notarial qaydada təsdiq olunmuş kirayə Müqaviləsi təqdim olunduqda Kirayəçi ilə Müqavilə bağlana bilər. Qeyd 6: Notarial qaydada təsdiq olunmuş kirayə Müqaviləsi təqdim olunduqda Kirayəçiyə yeni kart təslim edilə bilər. Qeyd 7: əhali abonentləri üçün borc aşkar olunduğu halda ödənilməli, ödənilə bilinmədiyi halda abonentə qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcun ödənilməsi barədə bildiriş təqdim edilir. Qeyd 8: Qeyri-əhali abonentləri üçün borc aşkar olunduğu heç bir güzəşt olmadan dərhal ödənişi təmin olunmalıdır.
7. Yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi
Xidmət göstərilən yer: “ASAN Kommunal” Mərkəzində
Qeyd 1: başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir. Qeyd 2: qazın alqı-satqı müqaviləsi “ASAN Kommunal” mərkəzində bağlanılır. Qeyd 3: Notarial qaydada təsdiq olunmuş kirayə Müqaviləsi təqdim olunduqda Kirayəçi ilə Müqavilə bağlana bilər. Qeyd 4: Notarial qaydada təsdiq olunmuş kirayə Müqaviləsi təqdim olunduqda Kirayəçiyə yeni kart təslim edilə bilər.
8. Qüsurlu ödənişin bərpa edilməsi
Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində
9. Yeni qazlaşma haqqında məlumatın verilməsi
Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində
10. Texniki şərtin verilməsi
Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində
Qeyd 1: başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir. Qeyd 2: mülkiyyət sahəsinin təyinatı dəyişdirildiyi halda onu təsdiq edən müvafiq icra hakimiyyəti orqanının sərəncamı. Qeyd 3: dövlət qurumları üçün texniki şərt “Azəriqaz” İB-yə ünvanlanmış məktub əsasında verilir. Qeyd 4: Mənzil Tikinti Koorperativləri tərəfindən verilən alqı-satqı müqavilələri həmin MTK-lar tərəfindən təsdiqlənir. Qeyd 5: Mülkiyyəti təsdiq edən sənədlərdə sərəncam dedikdə torpaq sahəsinin ayrılması haqqında müvafiq icra hakimiyyətinin və ya bələdiyyənin sərəncamı nəzərdə tutulur.
11. Sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu
Xidmət göstərilən yer: “ASAN Kommunal” Mərkəzlərində
Qeyd: sayğacın zədələnməsinin araşdırılması 15 (on beş) iş günü müddətində həyata keçirilir.
12. Dini qurumlara ayrılmış limitlərin verilməsi
Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində
Qeyd: yeni arayış təqdim olunduğu halda limitlərin verilməsi 1 (bir) iş günü müddətində həyata keçirilir.
13. Müqavilələrin bağlanması
Xidmət göstərilən yer: “ASAN Kommunal” Mərkəzlərində
Qeyd 1: Başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir. Qeyd 2: “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” haqqında bilik səviyyəsinin yoxlanılmasına dair protokol ayrı-ayrılıqda həm Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, həm də Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsi tərəfindən verilir. Qeyd 3: Borc aşkar olunduğu halda (büdcə təşkilatları istisna olmaqla) xidmət həyata keçirilmir. Qeyd 4: Əhali abonentləri ilə Müqavilə mülkiyyət sahibi ilə bağlanılmalıdır. Əgər hər hansı bir səbəbə görə mülkiyyət sahibi Müqavilənin imzalamasında iştirak edə bilməzsə, bu halda bu mülkiyyətin ünvanına rəsmi qeydiyyatda olan (şəxsiyyət vəsiqəsində müvafiq qeyd varsa) digər şəxs Müqaviləyə mülkiyyət sahibinin yerinə imza ata bilər. Qeyd 5: Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə Müqaviləyə imza ata bilərlər. Qeyd 6: Notarial qaydada təsdiq olunmuş kirayə Müqaviləsi təqdim olunduqda Kirayəçi ilə Müqavilə bağlana bilər.
14. Abonent kodundan smart karta ödənişin köçürülməsi
Xidmət göstərilən yer: “ASAN Kommunal” Mərkəzlərində
Qeyd 1: başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir. Qeyd 2: abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə). Qeyd 3: yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.
15. Smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi
Xidmət göstərilən yer: “ASAN Kommunal” Mərkəzlərində
Qeyd 1: başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir. Qeyd 2: qaz təchizatı haqqında müqavilə “ASAN Kommunal” mərkəzində bağlanılır. Qeyd 3: Notarial qaydada təsdiq olunmuş kirayə Müqaviləsi təqdim olunduqda Kirayəçi ilə Müqavilə bağlana bilər. Qeyd 4: Notarial qaydada təsdiq olunmuş kirayə Müqaviləsi təqdim olunduqda Kirayəçiyə yeni kart təslim edilə bilər. Qeyd 5: Abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə). Qeyd 6: Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər. Qeyd 7: Sayğacın elektron ekranı işləmədiyi halda, elementi bitdiyi, sayğacın kart oxuyucusu kartı qəbul etmədiyi, “alarmİ’ rejimində və elektron sistem problemləri (F100 - F151) olduğu hallarda həmçinin digər üzrlü səbəblərdən sayğacdakı istifadə olunmayan qalıq məbləğ karta köçürülməyibsə, abonentin əvəzlənən sayğaca ödədiyi ümumi məbləğdən mexaniki göstərici ilə əks olunmuş ümumi sərfiyyat çıxarılaraq yerdə qalan məbləğ abonentin yeni smart kartına köçürülür. Qeyd 8: Xidmət zamanı köhnə smart sayğacın kartında məbləğ aşkar olunmadıqda xidmətin göstərilməsindən imtina olunur və tövsiyyə olunur ki, köhnə sayğacda olan məbləğ "credit back” proseduruna uyğun olaraq (sayğacdan geri olaraq karta pulun köçürülməsi proseduru) həmin sayğacın smart kartına yükləndikdən sonra müraciət olunsun. Qeyd 9: Abonentin maaliyyə çətinliyi mövcud olduğu halda sayğacın üzərində aşkarlanmış və dəyəri ödənilməmiş qaz sərfiyyatının tarifi 0.10 qəpik təşkil edən ilkin 170 AZN miqdarında qaz sərfiyyatının dəyərinin ödənişi həyata keçirdikdən sonra qalıq borc vəsaiti hissəli ödəniş sisteminə salınmaqla müvafiq xidmət həyata keçirilir. Qeyd 10: Abonentdə sayğacın dəyəri və yaxud dəymiş ziyan aşkar olunduqda tələb olunan borc vəsaitin ödənişi tam şəkildə təmin olunmalıdır. Abonentin maaliyyə çətinliyi mövcud olduğu halda güzəşt olaraq qeyd olunan borc vəsaiti iki hissəyə bölünərək ilkin olaraq 50%-ni ödəməklə qalıq vəsaitini 1 ay müddətində ödəniş etmək üçün tələb olunan bütün prosedurlar həyata keçirilməlidir.
16. Koda düşmüş kartların bərpası
Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində
Qeyd 1: Sayğac üzərində “OFF” xəbərdarlığı ilə qeyd olunmuş sayğacların yenidən işlək vəziyyətə gətirilməsi üçün tələb olunan sayğac göstəriciləri barədə məlumatları, vətəndaşın rəsmi müracəti əsasında, 1 (bir) iş günü müddətində "Müştəri xidməti” şöbəsinin əməkdaşı tərəfindən həmin ünvanda müvafiq araşdırma zamanı bütün məlumatlar xüsusi hazırlanmış blankda qeyd edilərək müvafiq "ASAN kommunal” mərkəzində çalışan qrup rəhbərinə təqdim edilməklə tələb olunan işin icrası təmin olunur.
17. Məcburi köçkün abonentlərin yeni arayışlarının qəbulu
Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində
Qeyd 1: Başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir. Qeyd 2: Abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər və ya təqdim etdiyi arayışda adı qeyd olunduqda müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə). Qeyd 3: Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər. Qeyd 4: Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Azəriqaz İB-nə təqdim etdiyi adlı siyahıda adı olan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində, keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda, faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər) müvafiq arayışı təqdim edə bilərlər.
18. Smart kartdan abonent koduna ödənişin köçürülməsi.
Xidmət göstərilən yer: “ASAN Kommunal” Mərkəzlərində
Qeyd 1: Başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir. Qeyd 2: Abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə). Qeyd 3: Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.
19. Zədələnmiş sayğacla bağlı ödənişin qəbulu.
Xidmət göstərilən yer: “ASAN Kommunal” Mərkəzlərində
Qeyd 1: Sayğacın dəyərinin ödənişini təsdiq edən qəbz təqdim edildikdən sonra kart blokdan dərhal açılır. Qeyd 2: Abonentdə sayğacın dəyəri ödəmək tələb olunduqda, ödəniş tam şəkildə təmin olunmalıdır. Abonentin maaliyyə çətinliyi mövcud olduğu halda güzəşt olaraq qeyd olunan borc vəsaiti iki hissəyə bölünərək ilkin olaraq 50%-ni ödəməklə qalıq vəsaitini 1 (bir) ay müddətində ödəniş etmək üçün tələb olunan bütün prosedurlar həyata keçirilməlidir.
20. Qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi
Xidmət göstərilən yer: “ASAN Kommunal” Mərkəzlərində
Qeyd 1: Sayğacdan kənar qaz sərfiyyatına görə hesablanmış dəymiş ziyanın ödənişini təsdiq edən qəbz təqdim edildikdən sonra kart blokdan dərhal açılır. Qeyd 2: Abonentdə dəymiş ziyan aşkar olunduqda tələb olunan borc vəsaitin ödənişi tam şəkildə təmin olunmalıdır. Abonentin maaliyyə çətinliyi mövcud olduğu halda güzəşt olaraq qeyd olunan borc vəsaiti iki hissəyə bölünərək ilkin olaraq 50%-ni ödəməklə qalıq vəsaitini 1 (bir) ay müddətində ödəniş etmək üçün tələb olunan bütün prosedurlar həyata keçirilməlidir.