AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Fərdi yaşayış evlərinin qazlaşdırılması haqqında məlumat

Aşağıdakı ümumi qaydalar fərdi yaşayış evlərinin vətəndaşların öz vəsaiti hesabına qazlaşdırılmasını özündə əks etdirir:

Fərdi yaşayış evinin qazlaşdırılması üçün vətəndaş “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməli, ərizə formasını doldurmalı və razılaşma protokolu ilə tanış olmalıdır. Fərdi yaşayış evinin ümumi saatlıq qaz tələbatı 10m3-dən yuxarı olduqda eyni zamanda layihənin hazırlanması məqsədilə texniki şərtin verilməsi üçün də (ödənişsizdir) vətəndaş “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidir. İcraçı tərəfindən qazlaşdırılma mümkünlüyü yerində araşdırılır, işin həcmi müəyyən edilir və vətəndaşla İcraçı arasında müqavilə bağlanılır. Müqavilə əsasında vətəndaşın vəsaiti hesabına qazlaşdırılma işləri həyata keçirilir.

Qazlaşdırılma işləri tamamlandıqdan, məişət qaz sayğacı quraşdırıldıqdan və istismara qəbul edildikdən sonra “Azəriqaz” İB tərəfindən ödənişsiz olaraq qaz sayğacı və abonent qeydiyyata alınır, “smart” qaz sayğacı quraşdırıldıqda abonentə smart kartı verilir, qazın alqı-satqısı barədə müqavilə bağlanılır və müvafiq qaydada təbii qazın verilməsi təmin olunur.

Paylayıcı küçə qaz xətti olmayan və ya qaz təchizatı mənbəyindən aralı olan yaşayış sahələrindəki fərdi evlərin vətəndaşların öz vəsaiti hesabına qazlaşdırılması üçün vətəndaş ilk növbədə texniki şərti almaq üçün (ödənişsizdir) “Asan Xidmət” mərkəzinə müraciət etməlidir. Texniki şərt əsasında vətəndaşın öz vəsaiti hesabına layihə hazırlanmalı, müvafiq razılaşdırmalardan keçirilməli və icraçı (əlaqə rekvizitləri “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərindən  əldə edilməlidir) tərəfindən küçə qaz xətti çəkilməli, “Azəriqaz” İB-nin struktur bölməsinin iştirakı ilə istismara qəbul edilməlidir. Küçə qaz xətti istismara qəbul edildikdən sonra fərdi  evlərin qazlaşdırılması yuxarıda qeyd olunan qaydada həyata keçirilir.

 

 


2016      All rights reserved