AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

CƏBHƏ ZONASINDA BİR ÇOX KƏNDLƏRİN QAZLA TƏMİNATI BƏRPA EDİLİB

2020-10-16

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə bağlı olaraq uzun müddət qaz təchizatı dayandırılmış bəzi yaşayış məntəqələrinə qazın verilişi bərpa edilməkdədir. Belə ki, Tərtər rayonu üzrə artıq 30 kənd qazla təchiz olunub, yalnız Tərtər şəhəri və 21 kəndin qaz təchizatında məhdudiyyət qalmaqdadır. O cümlədən, Füzuli rayonu üzrə də qaz alan yaşayış məntəqələrinin sayında artım var. Rayonun 38 yaşayış məntəqəsinə təbii qaz verilib, 2 yaşayış məntəqəsində isə qaz təchizatı məhdudlaşdırılıb. Ağdam rayonu üzrə 14 yaşayış məntəqəsi təbii qazla təmin edilib, digərlərində məhdudiyyət qalmaqdadır. Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı isə 27.09.2020-ci il tarixindən məhdudlaşdırılıb. Beyləqan və Bərdə rayonlarında hazırda qaz təchizatı tam olaraq bərpa olunub.










2020      All rights reserved