AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

QAZ TƏSƏRRÜFATINA DƏYƏN ZİYAN ARADAN QALDIRILIR

2020-11-19

Vətən müharibəsi zamanı düşmənin namərd atəşi nəticəsində ziyan dəyən qaz təsərrüfatının bərpası işləri davam etdirilir. Noyabrın 19-na olan məlumata görə Tərtər rayonu üzrə 48 yaşayış məntəqəsində qaz təchizatı tam, normal rejimlərdə təmin edilib. Yalnız cəmi 1969 abonentin (4 yaşayış məntəqəsi üzrə) qaz təchizatı  məhdud olaraq qalır ki, bunun da aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülməkdədir. Bundan ötrü rayonda lazımi avadanlıqlar və işçi qüvvəsi səfərbər olunub. Qaz təchizatı müvəqqəti məhdudlaşdırılan ərazilər Tərtər şəhərinin bir hissəsi, Şıxarx qəsəbəsi, Əskipara, Səhlabad və Düyərli kəndləridir.

Döyüşlər zamanı qaz xətləri və avadanlıqlara ziyan dəymiş və təhlükəsizlik tədbiri olaraq məhdudiyyətlər tətbiq olunan digər ərazilər – Füzuli, Beyləqan, Ağcabədi, Ağdam və Bərdə rayonlarında qaz təchizatı tam bərpa olunub. Ümumilikdə, qeyd edilən rayonlarda qaz alan yaşayış məntəqələrinin sayı 345, abonentlərin sayı isə 128 792 təşkil edir. Beləliklə, hazırda bu bölgədəkı yaşayış məntəqələrinin 98 %-i qaz alır.










2020      All rights reserved