AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

SON 3 GÜN ƏRZİNDƏ 300-DƏN ÇOX FƏRDİ YAŞAYIŞ EVİ QAZLAŞDIRILDI

2020-11-19

Ölkə ərazisində havaların getdikcə soyumasını nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyi dövlət proqramına uyğun olaraq qazlaşdırma işləri başa çatmış bir neçə ucqar kəndə və yaşayış massivinə təbii qazın verilişini tezləşdirib.

Son 3 gün ərzində Şəmkir rayonunun Aşağı Çaykənd kəndinə, “SMU-28” adlanan əraziyə və Şəmkir-Dəllər yolunun sol tərəfində yerləşən əraziyə, həmçinin Ağstafa rayonunun Dağ Kəsəmən, Samux rayonunun Sərkar və Tovuz rayonunun Cirdək kəndlərinə təbii qaz verilişi təmin olunub. Aşağı Çaykənd kəndində 63 fərdi yaşayış evinin qazlaşdırılması üçün ümumi uzunluğu 7318 metr, “SMU-28” adlanan ərazidə və Şəmkir-Dəllər yolunun sol tərəfində yerləşən ərazidəki 64 fərdi yaşayış evinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2962 metr, Dağ Kəsəmən kəndində 88 fərdi yaşayış evinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9652 metr, Sərkar kəndində 104 fərdi yaşayış evinin qazlaşdırılması üçün isə ümumi uzunluğu 16 685 metr müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.










2020      All rights reserved