AZ | |
|
![]() |
|||||||||
![]() |
![]() |
||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
|
![]() |
||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
Beyləqan rayonunun daha 2 kəndinə təbii qaz verildi.Oktyabrın 7-də Beyləqan rayonunun Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 414 abonenti olan Aşıqalılar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1702 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 30 142 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 414 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 110 abonenti olan Yuxarı Çəmənli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 1642 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 9105 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 110 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Hazırda Beyləqan rayonunun daha 5 kəndində (Əhmədli,Aşağı Çəmənli,İmamverdili,Birinci Şahsevən və İkinci Şahsevən kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. |
![]() |
||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |