AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

SAXTA MÖHÜRLÜ QAZ SAYĞACLARI AŞKARLANDI

2020-12-29

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində pərakəndə şəkildə qanunsuz qaz çəkilişi aparılan ünvanlar aşkarlanıb. Birliyin Bakı Regional Qazın Satışı Departamenti və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə sözügedən qayda pozuntusu ilə bağlı Binəqədi rayonu, DSK yolu, 10-cu döngə adlanan yeni yaşayış massivində reyd keçirilib. Reyd zamanı hansısa işbazlar tərəfindən quraşdırılan saxta möhürlü 9 sayğac Birliyin əməkdaşları tərəfindən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, bir ay bundan öncə “Azəriqaz” İB-nin məsul şəxsləri həmin ünvanda olub və vətəndaşlara işbazlarla ünsiyyət qurmamağı, qaz çəkilişi üçün “Asan xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməyi tövsiyə ediblər. Bir daha xatırladırıq ki, sözügedən ünvanda təbii qazdan istifadə edən sakinlər üçün qaz xətlərini “Azəriqaz” İB çəkməyib. “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Hüquq şöbəsinin rəisi Röyal Süleymanov faktın araşdırılacağını deyib və Birlik adından Daxili İşlər Nazirliyinin əməkdaşlarına reyddə iştirak etdiklərinə görə təşəkkür edib.

Daha ətraflı aşağıdakı video materialda:

https://youtu.be/4AADXOFkUC8










2021      All rights reserved