AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

QAYNAR XƏTTƏ MİNDƏN ÇOX SAYĞAC FOTOSU ÇƏKİLƏRƏK GÖNDƏRİLİB

2021-01-06

“Azəriqaz” İstehsalat Birliyi olaraq 2020-ci il dekabr ayının 31-də mexaniki-elektron sayğac istifadəçisi olan abonentlərimizdən xahiş etmişdik ki, kim sayğacının göstəricisinin 2021-ci il yanvar ayının 10-dan tez oxunaraq bazaya yüklənməsini istəyirsə, sayğacın aydın görünən və üzərində çəkilmə tarixinin əks olunduğu fotolarını Birliyin qaynar xəttinə (+99477 3 104 104) göndərsin. Belə olan halda onlar üçün yeni ilin aşağı tarifli güzəştli limit həddi (illik hər kubmetri 10 qəpikdən olan 2200 kubmetr) fotonun qeydə alındığı tarixdən hesablanacaq. Əks halda mexaniki-elektron sayğacların göstəriciləri yanvarın 10-dək oxunaraq bazaya təqdim olunacaq. Bu təklif prosesi tezləşdirmək istəyən abonentlər üçün irəli sürülmüşdü.

Qeyd edək ki, qaynar xəttə ümumilikdə 1 334 foto daxil olub. Bu müraciətlərdən 1 192-si abonent bazasına artıq daxil edilib və müvafiq bildirişlərin həmin abonentlərə təqdim edilməsi üçün struktur bölmələrə tapşırıqlar verilib. 142 foto isə oxunmaya yararlı olmayıb.

Ümumilikdə Birlik tərəfindən 1 milyon 282 min 500 ədəd mexaniki-elektron sayğacın oxunması təmin edilməlidir. Yanvarın 6-sı günorta saatlarına qədər bu işin 31 %-i icra olunub. Fiziki sayğac oxunuşu üzrə hesabatın yanvarın 9-na günorta saatlarına yekunlaşdırılması nəzərdə tutulur.










2021      All rights reserved