AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

ÖTƏN İL 362 BİNAYA QAZ AÇILIŞI TƏMİN OLUNUB

2021-01-07

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar bir çox binanın istismara qəbulu prosesi ötən il də diqqətdə saxlanılıb. Belə ki, Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi 2020-ci ildə (07.01.2020-ci il tarixindən 30.12.2020-ci il tarixinə qədər) 362 yaşayış binasına təbii qaz açılışını təmin edib. Bu binalarda təbii qazla təchiz edilən mənzillərin sayı isə 28008-ə bərabərdir. Təkcə ötən ilin dekabr ayında 77 yaşayış binası üzrə 2882 mənzil təbii qaz alıb.

Ümumilikdə Birliyin əməkdaşları təbii qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətləri ilə mütəmadi görüşlər keçirir. Yaranmış problemlərin aradan qaldırılması üçün lazımi köməkliyin göstərilməsi istiqamətində müvafiq təkliflər verilir.

Binaların qazlaşmasına dair Birliyin ünvanına tez-tez daxil olan müraciətlərə də aydınlıq gətirmək istərdik. Çünki əksər hallarda hansısa bir binada təbii qaz açılışının yubanmasında “Azəriqaz” İB günahkar hesab edilir və bəzən də tikinti təşkilatının səhlənkarlığı Birliyin üzərinə atılır.

Ona görə də bu prosesin necə tənzimlənməsi barədə binalardan mənzil alan vətəndaşlar bir daha agah olsun deyə, prosedurları təqdim edirik. Çoxmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi ilə əlaqədar hüquqi və ya fiziki şəxslər texniki şərtin alınması üçün "ASAN Kommunal" mərkəzlərinə müvafiq mülkiyyət sənədləri təqdim etməklə müraciət etməlidir. Bundan sonra mənzil-tikinti kooperativinin (MTK) rəhbərliyi verilmiş texniki şərtlər əsasında xüsusi icazəsi (lisenziya) olan layihə təşkilatı ilə müqavilə bağlayaraq öz vəsaiti hesabına layihə-smeta sənədlərinin hazırlanmasını sifariş verir. Hazırlanmış layihə-smeta sənədləri sifarişçi tərəfindən “Azəriqaz” İB ilə razılaşdırılır və aidiyyəti dövlət qurumlarında qeydiyyatdan keçirilir. Qeyd edək ki, razılaşdırılmış layihə-smeta sənədlərinə uyğun olaraq qazlaşdırma işlərini MTK-nın sifarişi əsasında xüsusi icazəsi olan tikinti təşkilatları həyata keçirir. Belə ki, tikinti təşkilatları “Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, “Qazdan istifadə Qaydalarının”, eləcə də qüvvədə olan "Tikinti Norma və Qaydaları"nın tələblərinə uyğun binanın daxili qaz şəbəkəsinin qurulmasını və sayğacların quraşdırılmasını həyata keçirməli, həmçinin, texniki-icra sənədləri tərtib olunmalıdır. Kommunikasiya xətləri çəkildikdən və qaz sayğacları quraşdırıldıqdan sonra MTK-nın rəhbərliyi və ya MTK ilə işlərin görülməsi üçün müqavilə bağlayan podratçı təşkilat tərəfindən qəbul kоmissiyаsının аktlаrı, qаz təchizаtı ilə bаğlı tехniki-icrа və digər zəruri sənədlər tаm şəkildə “Аzəriqаz” İstеhsаlаt Birliyinə təqdim оlunduqdаn, müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlqı-sаtqısı müqаviləsi bаğlаndıqdаn sоnrа mənzillərə təbii qаzın açılışı təmin edilir. Yəni, binalarda qazlaşma işlərini “Azəriqaz” İB icra etmir və yalnız açılışa hazırlıqla bağlı rəylərin əks olunduğu müvafiq sənədlər (ayrı-ayrı qurumlardan alınan) təqdim edildikdən sonra binalara təbii qazın verilməsi təmin edilir.










2021      All rights reserved