AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“AZƏRİQAZ” İB-DƏ ÜMUMDÜNYA ƏMƏYİN MÜHAFİZƏSİ GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

2021-04-28

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günüdür. Hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da qeyd edilən bu günün məqsədi istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır. Ümumdünya Əməyin Mühafizəsi Günü COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tələbləri gözlənilməklə “Azəriqaz” İstehsalat Birliyində də qeyd edilib. Əmək fəaliyyətində fərqlənən işçilərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Bildirilib ki, “Azəriqaz” İB-də işçilərin əməyinin mühafizəsi, onların əmək şəraitinin yaxşılaşdırılması, lazımi avadanlıqlarla, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təminatı daima diqqətdə saxlanılır. Görülmüş tədbirlər nəticəsində ötən illər ərzində istehsalatda ölümlə nəticələnən heç bir bədbəxt hadisə baş verməyib.










2021      All rights reserved