AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

QAZAXISTAN AZƏRBAYCANDA APARILAN QAZLAŞMA İŞLƏRİNƏ DAİR TƏCRÜBƏYƏ MARAQ GÖSTƏRİR

2021-05-28

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Respublikasının Sənaye və infrastrukturun inkişafı Nazirliyinin “Qazaxıstan mənzil-kommunal təsərrüfatının inkişafı və modernizasiyası mərkəzi” Səhmdar Cəmiyyətinin sədr müavini Kulov Ruslan Maratoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nümayəndə heyəti “Azəriqaz” İB-nin fəaliyyəti və tətbiq etdiyi müasir innovasiyalarla maraqlanıb. Onlar ölkəmizdə əhali abonentləri üçün tətbiq edilən aşağı tarifli güzəştli limit həddi, əhali istehlakçılarında məişət qaz sayğaclarının quraşdırılması və əvəzlənməsi, istehlak olunmuş qazın dəyərinin ödənilməsi, qazın nəqli və satışı barədə ölkəmizdə mövcud qanunvericiliyin tələbləri ilə bağlı suallar da ünvanlayıblar. Bundan başqa əvvəlcədən ödənişli sayğacların iş funksiyası ilə bağlı məlumatlar əldə ediblər. Baş direktor R.Əliyev qonaqları maraqlandıran bütün sualları cavablandırıb və onlara tətbiq olunan müasir texnologiyalar barədə informasiya verib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və fikir mübadiləsi aparılıb.

 










2021      All rights reserved