AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“AZƏRİQAZ” İB 5-Cİ YERİ TUTDU

2021-06-02

“Brand Award Azerbaijan” milli müsabiqəsində “Azəriqaz” İstehsalat Birliyi 5-ci yeri tutub. Caspian Energy Club-ın təşkil etdiyi müsabiqədə 50 ən tanınan brend müəyyən olunub. “Azəriqaz” İB müsabiqədə iştirak edən 200 milli korporativ, xidmət və məhsul brendi sırasında ilk beşlikdə qərarlaşıb. Müsabiqənin nəticələri onlayn formatda keçirilən görüşdə elan olunub. Tədbirə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev qatılıb. Birliyin baş direktoru Ruslan Əliyev “Brand Award Azerbaijan” milli müsabiqəsində “Azəriqaz” İB-yə səs verən hər bir kəsə minnətdarlığını bildirərək qalib olan təşkilatları təbrik edib. Bundan başqa o, müsabiqənin təşkilinə görə Caspian Energy Club-ın rəhbərliyinə öz minnətdarlığını bildirib.










2021      All rights reserved