AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

BƏRDƏ RAYONUNDA İKİ MASSİVDƏ 123 EVƏ QAZ ÇƏKİLİR

2021-06-17

“Azəriqaz” İstehsalat Birliyi ölkə ərazisində yeni yaşayış massivlərinin və qəsəbələrin genişlənən hissələrinin qazlaşdırılması işlərini sürətlə davam etdirir. Bərdə rayonunun Güloğlular kəndinin genişlənən hissəsində yerləşən fərdi yaşayış evlərinin mavi yanacaqla təmin edilməsi artıq yekunlaşmaq üzrədir. 1 000 metrdən artıq müxtəlif diametrli borular vasitəsi ilə çəkilən xətt 27 fərdi yaşayış evində təbii qazdan rahat istifadə edilməsinə imkan yaradacaq. Rayonun “Nar çiçəyi” adlanan yeni yaşayış massivinin də qazlaşdırılması işləri həyata keçirilir. Ümumi uzunluğu 3 500 metr olan müxtəlif diametrli polad boru ilə çəkilən daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilişi işləri bitmək üzrədir. İşlər yekunlaşdıqdan sonra yeni massivdə salınan 96 fərdi yaşayış evi təbii qazla təmin olunacaq.

Keçidə daxil olaraq video materialla tanış ola bilərsiz:

https://www.youtube.com/watch?v=zdRfJBzoc3s










2021      All rights reserved