AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

İmişli rayonunun daha iki kəndinə təbii qaz verildi.

2016-10-19

Oktyabrın 19-da İmişli rayonun Soltanmuradlı və Ölcələr kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki,160 abonenti olan Soltanmuradlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1 268 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 13 291 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 160 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

101 abonenti olan Ölcələr kəndinin qazlaşdırılması üçün isə,birpilləli sistem əsasında ümumi uzunluğu 2 012 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 10 488 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 101 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda İmişli rayonunun daha 11 kəndində (Nurulu, Bəcirəvan, Ağcüyür,Qaravəlili,Mirili,Çahar,Gövhərli, Qaradonlu, Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.  

 

Tədbirdə çıxış edən  sakinlər  kəndlərə  təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 










2016      All rights reserved