AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları
   
İctimai Şura

“AZƏRİQAZ” İB-DƏ 5 BEYNƏLXALQ İSO STANDARTLARI ÜZRƏ SERTİFİKATLAŞDIRMA AUDİTİ KEÇİRİLİR

2021-10-06

Bu gündən etibarən “Azəriqaz” İstehsalat Birliyində TÜV AUSTRİA-nın törəmə şirkəti olan “TÜV Austria Azərbaycan” MMC tərəfindən 3 gün müddətində 5 Beynəlxalq İSO standartları üzrə sertifikatlaşdırma auditinin keçirilməsinə başlanılıb.

“Azəriqaz” İB Respublika ərazisində aparılan geniş miqyaslı qazlaşma, mövcud qaz şəbəkələrinin əsaslı təmiri və yenidənqurma işləri ilə yanaşı, beynəlxalq idarəetmə sistemlərinin tətbiqi üzrə də bir sıra işlər həyata keçirir və hal-hazırda da bu işlər davam etdirilir. Görülmüş işlərin nəticəsi olaraq Birlik ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi”, ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi”, ISO 50001 “Enerji idarə edilməsi sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” və ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartları üzrə sertifikatlara layiq görülüb və bu sistemlərin tətbiqi həyata keçirilib.

Eyni zamanda cari ildə ISO 45001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” üzrə beynəlxalq standarta keçid edilərək müvafiq sənədləşmə işləri aparılıb və fəaliyyət prosesi zamanı təhlükəsiz əməliyyatların həyata keçirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilib.

 










2021      All rights reserved