AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları
   
İctimai Şura

ŞƏMKİR SAHİBKARLARININ PROBLEMİ DİNLƏNİLDİ

2021-10-08

“Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası istehlakçıların tərəvəz məhsullarına olan tələbatının əhəmiyyətli hissəsini üzərinə götürən Şəmkir rayonunda təşkil olunub. "Azəriqaz" İB-nin, Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin və Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri rayonun Əliyaqublu kəndində baş tutan aksiyada tərəvəz istehsalı ilə məşğul olan istixana sahibləri ilə görüş keçiriblər. Görüşdə 50-dək sahibkarın problemi dinlənilib. Çıxış edən sahibkarlar ötən illər ərzində istehlak etdikləri qaz sərfiyyatının həcminə görə yaranan borclarla bağlı güzəştlərin olunmasını Birliyin rəhbər şəxslərindən xahiş ediblər. Baş direktorun satış üzrə müavini Rəşad Cavadov ünvanlanan hər bir təklif və müraciətin Birliyin rəhbərinə çatdırılacağını və araşdırılaraq müvafiq qərarların veriləcəyini bildirib.

Qeyd edək ki, bu gün təşkil olunan aksiya sayca ümumilikdə 19-cu, sahibkarlarla isə 4-cü görüşdür. "Azəriqaz" İstehsalat Birliyi istər sahibkarların, istərsə də vətəndaşların müraciətlərinə hər zaman xüsusi diqqət ayırır. Bundan sonra da "Açıq mikrofon" aksiyası davam edəcək.










2021      All rights reserved