AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları
   
İctimai Şura

BU YAŞAYIŞ MASSİVİNİN SAKİNLƏRİNİN PROBLEMİ DİNLƏNİLDİ

2021-10-10

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası uğurla davam edir. Daxil olan çoxsaylı müraciətlər nəticəsində vətəndaşların problem və təkliflərini dinləmək üçün bu dəfə “Səyyar qəbul otağı” Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində qurulub. İki saat ərzində Birliyin “Açıq mikrofon”u bu massivin sakinlərinin ixtiyarında olub. Aksiyada iştirak edən vətəndaşlar yaşadıqları yeni yaşayış massivində təbii qazdan istifadə edə bilmədiklərini, alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək mavi yanacaqla təmin olunmalarını xahiş ediblər. Ünvanlanan hər bir müraciət qeydiyyata götürülərək, Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacaq. Mövcud durum araşdırıldıqdan sonra baş direktor məsələ ilə bağlı müvafiq qərar verəcək.

Qeyd edək ki, bu gün təşkil olunan aksiya sayca 20-cidir. İndiyədək təşkil olunan “Açıq mikrofon” aksiyalarının hər birində ünvanlanan müraciətlərin həlli istiqamətində Birlik tərəfindən işlər görülür, bir çoxunda isə artıq işlər yekunlaşdırılıb.










2021      All rights reserved