AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları
   
İctimai Şura
   
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə komissiya

QUBA SAHİBKARLARININ PROBLEMİ DİNLƏNİLDİ

2021-11-11

"Azəriqaz" İstehsalat Birliyinin sahibkarlara dəstəyi davam edir. Bu məqsədlə "Açıq mikrofon" aksiyası çərçivəsində Quba rayonunda sahibkarlarla növbəti dəfə görüş keçirilib. Görüşdə "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, Birliyin digər məsul şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Sahibkarları maraqlandıran bütün suallara yerindəcə aydınlıq gətirilib. Çıxış edən sahibkarlar "Səyyar qəbul otağı"nın imkanlarından istifadə edərək üzləşdikləri çətinliklərin həlli istiqamətində onlara köməklik olunmalarını xahiş ediblər. "Səyyar qəbul otağı" sahibkarlarla yanaşı, Quba rayonunun ayrı-ayrı kəndlərindən bu ünvana üz tutan vətəndaşların da ixtiyarında olub. Kənd sakinləri qazlaşmayan bir sıra yeni yaşayış massivlərinin, genişlənən ərazilərin və bəzi kəndlərin qazlaşmasını xahiş ediblər. Bütün müraciətlər qeydə alınaraq Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacaq.

Qeyd edək ki, bu gün baş tutan aksiya sayca 28-ci, sahibkarlarla isə sayca 8-ci görüşdür.










2021      All rights reserved