AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları
   
İctimai Şura
   
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə komissiya

“AZƏRİQAZ” İB-DƏ KİV NÜMAYƏNDƏLƏRİ İLƏ NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİB

2021-11-12

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev növbəti dəfə media nümayəndələri ilə görüş keçirib. “Açıq qapı” aksiyasında Birliyin baş direktoru mətbuat nümayəndələri tərəfindən ünvanlanan bütün sualları cavablandırıb. Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə daha şəffaf və operativ əlaqə yaratmaq üçün “Azəriqaz” İB media nümayəndələrinə hər həftənin 5-ci günü “Açıq qapı” aksiyasının imkanlarından istifadə edərək, onları maraqlandıran sualları birbaşa olaraq Birliyin baş direktoruna ünvanlamaq üçün şərait yaradır.   

Qeyd edək ki, bu, “Açıq qapı” aksiyası çərçivəsində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə keçirilən sayca 4-cü görüşdür. Media nümayəndələri üçün aksiyada iştirak etmək tamamilə könüllüdür. “Açıq qapı” aksiyası hər həftənin cümə günü “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunur. Məlumat üçün bildirək ki, mətbuat nümayəndələri ilə keçirilən görüş Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlanır. Bir daha mətbuat nümayəndələrini “Açıq qapı” aksiyasında fəal iştirak etməyə çağırırıq.










2021      All rights reserved