AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları
   
İctimai Şura
   
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə komissiya
   
Qazlaşdırılma sahəsində lisenziyaya malik olan təşkilatların siyahısı

YEVLAX SAHİBKARLARI "SƏYYAR QƏBUL OTAĞI"NIN İMKANLARINDAN İSTİFADƏ EDİBLƏR

2021-11-25

"Azəriqaz" İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər keçirir, Birlik rəhbərliyi onların qayğıları ilə maraqlanır. "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası istər vətəndaşlara, istərsə sahibkarlara qaz təchizatında yaranan problemlərin həlli istiqamətində yardımçı olur. Bu dəfə "Səyyar qəbul otağı" Yevlax sahibkarlarının ixtiyarında olub. Görüşdə "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, Birliyin digər məsul şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Yevlax Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər. Sahibkarlar aksiyanın imkanlarından istifadə edərək üzləşdikləri çətinliklərdən söz açıblar. Yevlax sahibkarları ilə yanaşı, ətraf kəndlərdən, habelə Ağcabədi rayonundan da vətəndaşlar "Səyyar qəbul otağı" baş tutan ünvana üz tutublar. Ünvanlanan suallarla bağlı yerindəcə izahatlar verilib və qeydiyyata götürülüb.

Məlumat üçün bildirək ki, bu gün baş tutan aksiya ümumilikdə 31-ci, sahibkarlarla isə sayca 10-cu görüşdür.










2022      All rights reserved