AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Zərdab rayonunun daha iki kəndinə təbii qaz verildi.

2016-10-25

Oktyabrın 25-də  Zərdab rayonunun Məlikli və Burunlu kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 377 abonenti olan Zərdab rayonunun Məlikli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 47 136 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 377 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

124 abonenti olan Zərdab rayonunun Burunlu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 261 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 124 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda Zərdab rayonunun daha 6 kəndində (Bıçaqçı,Yuxarı Seyidlər,Şahhüseynli,Əlvənd,Otmanoba və Aşağı Seyidlər kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.  

Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 










2016      All rights reserved