AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Beyləqan rayonunun daha 2 kəndinə təbii qaz verildi.

2016-10-27

Oktyabrın 27-də Beyləqan  rayonunun Ikinci Şahsevən və Aşağı Çəmənli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 584 abonenti olan Ikinci Şahsevən kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5 975 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 56 818 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 584 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

243 abonenti olan Aşağı Çəmənli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2 375 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 27 745 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 243 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda Beyləqan rayonunun daha 3 kəndində (Əhmədli,İmamverdili və Birinci Şahsevən  kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.  

Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.  










2016      All rights reserved