AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU / LİMİTİNİ ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları
   
İctimai Şura
   
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə komissiya
   
Qazlaşdırılma sahəsində lisenziyaya malik olan təşkilatların siyahısı
   
Dövlət Xidmətləri Portalı
   
Asan Xidmət

KOMİTƏNİN SƏDR MÜAVİNİ BİRLİK YANINDA YARADILAN QADINLAR ŞURASI İLƏ GÖRÜŞ KEÇİRİB

2021-12-17

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Azəriqaz" İB-nin baş direktorunun köməkçisi Nailə Allahverdiyeva və Birlik yanında yaradılan Qadınlar Şurası ilə görüş keçirib.

Qonaqları salamlayan sədr müavini ölkəmizdə aparılan gender siyasəti, eləcə də bu istiqamətdə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər və layihələr barədə ətraflı məlumat verib.

Sədaqət Qəhrəmanova "Azəriqaz" İB tərəfindən gender və qadın siyasətinin təmin edilməsi ilə bağlı görülən işlərin təqdirəlayiq olduğunu və Birliyin uğurlu təcrübəsinin digər qurumlar üçün müsbət nümunə ola biləcəyini xüsusi vurğulayıb. 

"Azəriqaz" İB yanında yaradılan Qadınlar Şurasının sədri Gülnar Rəhimqızı da çıxışında yaradılan Şuranın Birlikdə çalışan qadınlara əmək fəaliyyətlərində, eləcə də sosial məsələlərin həllində göstəriləcək dəstək, onların yaranmış problemlərinin aradan qaldırılması istiqamətində görüləcək işlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Görüşdə Birliyin baş direktorunun köməkçisi Nailə Allahverdiyeva çıxışında qurumda çalışan qadın əməkdaşlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Həmçinin Komitənin sədr müavini Sədaqət Qəhrəmanovaya keçirilən bu görüşə və səmimi münasibətinə görə dərin təşəkkürünü bildirib.

Görüş zamanı tərəflər arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, həmçinin reallaşdırılması mümkün layihələrlə bağlı təkliflər irəli sürülüb.

 










2022      All rights reserved