AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU / LİMİTİNİ ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları
   
İctimai Şura
   
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə komissiya
   
Qazlaşdırılma sahəsində lisenziyaya malik olan təşkilatların siyahısı
   
Dövlət Xidmətləri Portalı
   
Asan Xidmət

RUSLAN ƏLİYEV: “MTK-LARDA YAŞAYAN SAKİNLƏR BELƏ HALLARDA HEÇ BİR ÖDƏNİŞ ETMƏSİNLƏR”

2021-12-17

"47 manat dəyəri olan qaz sayğacları üçün bir sıra mənzil-tikinti kooperativlərinin (MTK) mənzil sahiblərindən 500 manat istəməsi qeyri-qanunidir". Bu sözləri bu gün “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev KİV və QHT nümayəndələri ilə təşkil olunan növbəti "Açıq qapı" aksiyası zamanı bildirib. Baş direktor aksiyada mətbuat nümayəndələri tərəfindən ünvanlanan bütün sualları cavablandırıb. Bəzi MTK-larda sayğacların quraşdırılması üçün vətəndaşlardan müəyyən ödənişlərin tələb olunması ilə bağlı suala aydınlıq gətirən Ruslan Əliyev bildirib ki, bu ilin iyul ayından etibarən çoxmərtəbəli evlərin də qazlaşdırılması zamanı qaz sayğaclarının quraşdırılmasına görə heç bir ödəniş alınmır". Birlik rəhbərinin sözlərinə görə bəzi binalarda MTK rəhbərləri özlərini binanın sahibi kimi aparırlar. “Amma hüquqi cəhətdən baxsaq, vətəndaşlar bilməlidir ki, binanın sahibi onların özləridir. Onlar bu MTK-larda payçıdırlar”. Baş direktor bu cür MTK-larda yaşayan sakinlərə müraciət edərək bildirib ki, belə hallarda heç bir ödəniş etməsinlər. Ruslan Əliyev istixana sahiblərinin mövcud borcunun silinməsi və ya hansısa güzəştlərin olunması ilə bağlı sualı da cavablandırıb. "Bu gün Azərbaycandakı istixanalardan qaz pulunun yığım səviyyəsi 70%-dir. Bu ilin sonuna qədər biz yığım səviyyəsini 80%-ə çatdırmaq niyyətindəyik. Mütəmadi olaraq sahibkarlarla görüşlərimiz olur. Görüş zamanı sahibkarlar “Azəriqaz” İstehslat Birliyinə olan borclarını qeyd edirlər. Təəssüflər olsun ki, bəzi sahibkarlar verdiyi vədi tutmurlar. Bu görüşlər o demək deyil ki, biz onların borcunu silməklə məşğuluq. Sahibkarların borclarının silinməsi “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətində deyil”, deyə - Birlik rəhbəri qeyd edib. 

Bundan əlavə görüş zamanı baş direktor vətəndaşlar və QHT nümayəndələri tərəfindən sosial şəbəkələr üzərindən ünvanlanan suallara da aydınlıq gətirib. Ruslan Əliyev ünvanlanan suallar zamanı heç kimə hansısa bir məhdudiyyətin qoyulmadığını, istənilən şəxsin qaz təchizatı ilə bağlı sualını açıq şəkildə ünvanlaması üçün şəraitin yaradıldığını qeyd edib. Daxil olan müraciətlərin cavablandırılması yaranan nöqsanları minimuma endirdiyinə görə baş direktor KİV və QHT nümayəndələrini “Açıq qapı” aksiyasında fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, hər həftə keçirilən “Açıq qapı” aksiyası Birliyin baş direktoru Ruslan Əliyevin rəsmi “Facebook” səhifəsində canlı yayımlanır. Bu da Birlik tərəfindən şəffaflığın qorunmasına xidmət edir.

 










2022      All rights reserved