AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları
   
İctimai Şura
   
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə komissiya
   
Qazlaşdırılma sahəsində lisenziyaya malik olan təşkilatların siyahısı

“AZƏRİQAZ” İB-NİN BAŞ DİREKTORU MÜHARİBƏ İŞTİRAKÇILARININ QAYĞILARI İLƏ MARAQLANIB

2022-01-13

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 1-ci Qarabağ müharibəsinin iştirakçıları ilə görüş keçirib. Baş direktor qazilərin iş və həyat şəraitləri, mövcud vəziyyətləri ilə yaxından maraqlanıb. Müharibə iştirakçılarına problem və təkliflərini səsləndirmələri üçün imkan yaradılıb. Baş direktor müharibə iştirakçıları, qazi və şəhid ailələrinin rifahının yaxşılaşdırılmasının daim dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edərək, “Azəriqaz” İB-nin də bu həssas əhali qrupunun nümayəndələrinə hər zaman xüsusi diqqət ayırdığını bildirib. Birlik rəhbəri yalnız qaz təchizatı ilə bağlı deyil, müharibə iştirakçıları, şəhid ailələri və müharibə əlilləri tərəfindən Birlikdə müvafiq işlə təmin olunmaları ilə bağlı daxil olan müraciətlərə də həssaslıqla yanaşıldığını vurğulayıb. Baş direktor "Azəriqaz" İstehsalat Birliyi üzrə 537 nəfər Qarabağ müharibəsi iştirakçısı və şəhid ailəsinin üzvü olduğunu görüş iştirakçılarının nəzərinə çatdırıb. Ruslan Əliyev ünvanlanan bütün müraciətlərin araşdırılması, qazilərə köməklik edilməsi üçün Birliyin müvafiq struktur rəhbərlərinə tapşırıq verib. Qazilər göstərdiyi diqqət və qayğıya görə “Azəriqaz” İB-nin baş direktoruna təşəkkür ediblər.










2022      All rights reserved