AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları
   
İctimai Şura
   
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə komissiya
   
Qazlaşdırılma sahəsində lisenziyaya malik olan təşkilatların siyahısı

2022-Cİ İLDƏ SAHİBKARLARLA İLK GÖRÜŞ KEÇİRİLİB

2022-01-14

"Birliyin səlahiyyətləri çərçivəsində sahibkarların problem və təkliflərinin həlli istiqamətində onlara köməklik ediləcək". Bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov "Açıq mikrofon" aksiyası çərçivəsində Zaqatala şəhərində sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı bildirib. Çıxış edən sahibkarlar istehlak etdikləri təbii qazın həcminə görə yaranan borcun araşdırılmasını xahiş ediblər. Bəzi sahibkarlar isə yaranan borcun ödənişində göstərilən dəstəyə görə Birlik rəhbərliyinə təşəkkür ediblər. Aksiyaya sahibkarlarla yanaşı, Çobankol, Yuxarı Çardaxlar, Suvagil, 3-cü Tala kəndlərinin və şəhər ərazisində salınan yeni yaşayış massivinin sakinləri də qatılıb. Onlar yaşadıqları ərazinin qazlaşdırılmasını xahiş ediblər. Görüşdə Birliyin digər məsul şəxsləri, Birlik yanında yaradılan İctimai Şuranın üzvləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak ediblər. Daxil olan bütün müraciətlərlə bağlı istər sahibkarlara, istərsə də vətəndaşlara yerindəcə izahatlar verilib və onların müraciətləri Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunması üçün qeydiyyata alınıb. Baş direktorun müvafiq qərarına əsasən daxil olan müraciətlərin həllinə baxılacaq.










2022      All rights reserved