AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU / LİMİTİNİ ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları
   
İctimai Şura
   
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə komissiya
   
Qazlaşdırılma sahəsində lisenziyaya malik olan təşkilatların siyahısı
   
Dövlət Xidmətləri Portalı
   
Asan Xidmət

PAYTAXTIN BİNƏQƏDİ RAYONUNDA SAKİNLƏRİN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ

2022-05-12

Bu gün paytaxtın Binəqədi rayonunda növbəti "Açıq mikrofon" aksiyası baş tutub. SOCAR "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev aksiya iştirakçılarını salamlayaraq onları narahat edən məsələləri rahat şəkildə səsləndirməyə çağırıb. Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev Birliyin səlahiyyətləri çərçivəsində bütün lazımi dəstəyin veriləcəyini qeyd edib. Sakinlər "Açıq mikrofon" aksiyasında bəzi hallarda qaz təzyiqinin aşağı olması, sonradan ödənişli sayğacın əvvəldən ödənişli sayğacla əvəz olunması və s. müraciətləri ünvanlayıblar. Səsləndirilən müraciətlərlə bağlı Birliyin məsul şəxsləri ətraflı məlumat veriblər. Bütün müraciətlərin qeydə alınaraq “Azəriqaz” İB-nin baş direktoruna təqdim olunacağı da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Aksiyada “Azəriqaz” İB-nin məsul şəxsləri ilə yanaşı, müvafiq qurumların rəsmiləri də iştirak ediblər. Məlumat üçün bildirək ki, bu gün təşkil olunan görüş “Açıq mikrofon” aksiyası çərçivəsində ümumilikdə sayca 63-cü görüşdür.

 










2022      All rights reserved