AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

ABONENT SAYINDA NƏ QƏDƏR ARTIM VAR?

2019-08-09

2019-cu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz”  İstehsalat Birliyində əhali sektoru üzrə 54 341 yeni abonent qeydiyyata alınıb. Bunun da 29 579-u Bakı, Abşeron və Sumqayıt, 24 762-i isə regionların payına düşür. 2019-cu ilin təkcə iyul ayı ərzində əhali sektoru üzrə 6 745 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4909-u Bakı, Abşeron və Sumqayıt, 1836-sı isə regionların payına düşür. Beləliklə, 01 avqust 2019-cu il tarixinə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 milyon 238 min 584-ə bərabərdir. Bu rəqəmin 2 milyon 207 min 831-i əhali, 30 min 753-ü qeyri-əhali sektoruna aiddir. Bundan başqa Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 862 004, regionlar üzrə isə 1 milyon 376 min 580 təşkil edir.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılıb.










2016      All rights reserved