AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

SƏYYAR XİDMƏT VASİTƏSİLƏ DAHA ÇOX MÜRACİƏT HANSI RAYONDA QƏBUL OLUNUB?

2019-10-07

“Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin mühəndisləri səyyar xidməti başa vurublar. 02.09.2019-cu il tarixindən 7 rayonda qəbul edilən vətəndaş müraciətlərinin statistikası hazırlanıb. Birliyin mühəndisləri Balakən, Beyləqan, Şəmkir, Cəlilabad, Ağcabədi və İsmayıllıda “ASAN avtobus”, Qazaxda isə “ASAN qatar” vasitəsilə yeni quraşdırılmış smart-kart tipli sayğacların kartlarının verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, təbii qazın alqı-satqısı barədə müqavilənin bağlanması və digər xidmətlər üzrə 1262 müraciətə baxıblar. Abonentləri daha çox 375 halda təbii qazın alqı-satqısı barədə müqaviləyə dair məsələlər maraqlandırıb. Bundan başqa 200 müraciət yeni quraşdırılmış smart-kart tipli sayğacların kartlarının verilməsi, 240 müraciət abonent məlumatlarında dəyişikliklərin edilməsi, 447 müraciət isə digər məsələləri əhatə edib. Ən çox səyyar xidmət 5 saylı “ASAN avtobus” vasitəsilə Şəmkirdə (263 müraciət) baş tutub.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Prezident Administrasiyasının birgə təsdiq etdiyi illik qrafikə əsasən xüsusi formatda tərtib olunmuş qatar və avtobuslarda vətəndaşlara tələb olunan səyyar xidmətin göstərilməsini təmin etmək məqsədi ilə “Azəriqaz” İB-nin mühəndisləri də müvafiq qrafik üzrə bölgələrə ezam olunurlar.










2019      All rights reserved