AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

ŞƏHİD AİLƏSİNİN MÜRACİƏTİNƏ MÜSBƏT CAVAB VERİLDİ

2019-11-26

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim müharibə veteranları və əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə xüsusi qayğı ilə yanaşır. Ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi də Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş döyüşçülərin ailələrinə, həmçinin müharibə əlillərinə diqqət göstərir.

Bu günlərdə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Fikrət Əhmədovun oğlu Mehman Əhmədovun fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması və daxili qaz xətlərinin çəkilməsi barədə müraciətinə baxılıb. Birliyin rəhbərliyi Mehman Əhmədovun müraciətinə dərhal reaksiya göstərərək qısa zamanda evin qazlaşdırılması üçün layihə-smeta sənədlərinin hazırlanması barədə tapşırıq verib. Beləliklə, noyabrın 14-də Mehman Əhmədovun fərdi yaşayış evi qazlaşdırılıb və qaz sayğacı ilə təmin olunub. 

Qeyd edək ki, 12 aprel 1955-ci ildə anadan olan polis kapitanı Əhmədov Fikrət Sərxan oğlu Şuşa, Ağdərə və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib, 7 sentyabr 1992-ci ildə şəhid olub. 

 










2019      All rights reserved