AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“AZƏRİQAZ” İB-DƏ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

2020-02-21

Fevralın 21-də “Azəriqaz” İstehsalat Birliyində yeni növ koronavirus (2019-nCOV) xəstəliyinin yayılması ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Birliyin idarə, departament və şöbələrində çalışan işçi personalı iştirak edib. Yeni növ virusla bağlı çıxış edən SOCAR-ın Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin rəisi Nizami İsmayılov xəstəliyin simptomları, onun yayılma və ondan qorunma yolları barədə ətraflı məlumat verib. Bildirib ki, bu xəstəlik daha çox əhalinin sıx yaşadığı yerlərdə daha sürətlə yayılır. Xəstəliyin gizli dövrünün 2-3, bəzən 7 gün, hətta 14 gün çəkdiyini deyən mütəxəssis immun qabiliyyəti yüksək olan insanlarda bu cür infeksiyalara yoluxma ehtimalının aşağı olduğunu da vurğulayıb.

N.İsmayılov xəstəlikdən qorunmaq üçün ilk növbədə, profilaktik tədbirlərin vacibliyini önə çəkərək dezinfeksiyaedici vasitələrdən istifadə etməyi və hər hansı bir şübhəli hal müşahidə etdikdə dərhal həkimə müraciət etməyi tövsiyyə edib.

 










2020      All rights reserved