AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

XOCALI SOYQIRIMININ TÖRƏDİLMƏSİNDƏN 28 İL ÖTÜR

2020-02-26

Bu gün 20-ci əsrin ən qanlı səhifələrindən olan Xocalı soyqırımının törədilməsindən 28 il ötür. Azərbaycan xalqı səhər saatlarından etibarən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edir. “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi və kollektivi də anım mərasimində iştirak etməklə soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildirib.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarlarının Xocalıda törətdikləri kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.

 










2020      All rights reserved