AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

GÜCLÜ KÜLƏK FƏSADLAR TÖRƏTDİ

2020-02-28

Fevralın 28-də gecə saatlarında əsən güclü külək qaz təsərrüfatına da fəsadsız ötüşməyib. Belə ki, Oğuz rayonunun Bucaq, Calut, Muxas, Bayan kəndlərini qazla təmin edən 159 mm diametrində olan orta təzyiqli qaz xətti aşan irigövdəli ağacın altında qalıb. Nəticədə kəmərə ciddi zərər dəyib. Kəmərin zədələnmiş hissəsinin təmiri ilə bağlı təhlükəsizlik tədbiri olaraq 4 kəndin minə yaxın abonentinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Binəqədi rayonu Binəqədi kəndində Ə.Qarayev küçəsində isə vətəndaşa məxsus hasarın aşması nəticəsində 25 mm və 20 mm diametrində olan qaz xətləri qırılıb, bir ədəd qaz sayğacı yararsız hala düşüb. “Azəriqaz” İstehsalat Birliyinin qəza xidmətinin əməkdaşları hər iki halda fəsadların tezliklə aradan qaldırılmasına çalışır.










2020      All rights reserved