AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

ÜÇ GÜN ƏRZİNDƏ 500 MÜRACİƏT CAVABLANDIRILIB

2020-03-22

"Azəriqaz" İstehsalat Birliyi Novruz bayramındakı qeyri-iş günlərində tam iş günü rejimində fəaliyyətini davam etdirir. Martın 20-dən etibarən martın 22-si günorta saatlarına qədər 500 müraciət cavablandırılıb. Müştəri xidmətləri Mərdəkan, Xırdalan, Sabunçu xidmət sahələrində, eləcə də Bakı Regional qazın satışı Departamentinin inzibati binasında (Nizami rayonu, Babək pr. 21/24) ümumilikdə 15 pəncərə üzrə həyata keçirilir. Bu işin icrasına Birliyin 20 nəfər əməkdaşı cəlb olunub. Müraciətlərin çoxu itirilmiş və ya zədələnmiş smart kartların, koda düşmüş kartların və uğursuz əməliyyatların bərpası ilə bağlıdır. Bundan başqa 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqəli işlənilməklə vaxtında yerinə yetirilməsi üçün müraciətlər xidmət sahələri üzrə bölüşdürülür.

Onu da qeyd edək ki, müştəri xidmətləri Gəncə, Şəmkir, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri və Sumqayıt qaz istismar Sahəsində də həyata keçirilir.










2020      All rights reserved