AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

"AZƏRİQAZ" İB-NİN BAŞ DİREKTORU ONLAYN KONFRANSDA İŞTİRAK EDİB

2020-05-14

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr olunmuş onlayn formatda “Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” mövzusunda elmi video konfrans keçirilib. Konfransın əsas təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Memarlıq və İnşaat Universiteti olub. Bundan başqa İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Lənkəran Dövlət Universiteti və digər mötəbər elm ocaqlarının nümayəndələri da müzakirələrdə iştirak ediblər. Ayrı-ayrı elm ocaqlarının tanınmış alimləri çıxışlarda Ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatı üçün gördüyü əvəzolunmaz işlərdən söz açıblar və bu günün reallıqlarının məhz Ulu Öndərin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin gərgin və yorulmaz əməyinin məhsulu olduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, konfransda “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantı, texnika üzrə fəlsəfə doktoru Ruslan Əliyev də çıxış edib. “Mənzil sferasının sosial-iqtisadi problemləri və islahatların reallaşdırılmasının elmi əsasları” mövzusunda fikirlərini bölüşən R.Əliyev, mənzil-kommunal sferasında islahatların aparılması, bu zaman normativ-hüquqi və iqtisadi-təşkilatı mexanizmlərin işlənməsinin zəruriliyindən söz açıb.

   










2020      All rights reserved