AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

İYUN AYINDA 11 MİNDƏN ÇOX MÜŞTƏRİ MÜRACİƏTİNƏ BAXILIB

2020-07-07

“Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional qazın satışı Departamentinin Müştəri xidməti şöbəsi iyun ayında 11 mindən çox müraciəti cavablandırıb. Bu, 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə nisbətən az olsa da, yay mövsümündə ən çox göstərilən xidmət sayıdır. Ümumilikdə 21 növ müraciət arasında koda düşmüş kartların bərpası, yeni qazlaşma haqqında məlumatın verilməsi və qeydiyyata alınması, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, itirilmiş və yaxud zədələnmiş smart kartın bərpası və digər bir neçə istiqamət çoxluq təşkil edib. Ən çox müraciət 1561 halda abonent məlumatlarında dəyişikliklərin edilməsi ilə bağlı olub. İyun ayında Bakı şəhəri üzrə müştəri xidmətləri üzrə müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzləri, eləcə də Bakı Regional qazın satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində icra edilib.

Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi günlərdə abonent müraciətlərinə həssaslıqla yanaşılır. Çalışılır ki, xidməti vəzifələr operativ və qüsursuz yerinə yetirilsin.










2020      All rights reserved