AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

İKİ AVTOMOBİL QƏZASI ZAMANI QAZ XƏTLƏRİ ZƏDƏLƏNDİ

2020-09-01

Bu gün səhər saatlarında baş verən qəzalar zamanı qaz təchizatında müvəqqəti fasilələr yaranıb. Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi "Halal" mərasim evi ile üzbəüz ərazidə avtomobil yoldan çıxaraq əhali abonentlərini  qazla təmin edən yerüstü orta təzyiqli diametri 57 mm olan qaz xəttinə çırpılıb. Qaz borusu yararsız hala düşüb. Nəticədə 80 abonentin qaz təminatında fasilə yaranıb.

Bərdə şəhərinin Həzi Aslanov küçəsi  istiqamətində də avtomobillə diametri 40 mm olan qaz xəttini vurub yararsız hala salıblar. Qaz təchizatı dayandırılan müddətdə 45 abonentin qaz təminatında fasilə yaranıb. Hər iki hadisə ilə bağlı müvafiq prosedurların icrasına başlanılıb.










2020      All rights reserved