“ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər haqqında məlumat.
Abonentlərə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bir sıra yeniliklər həyata keçirilir. Belə ki, cari ilin avqust ayının 1-dən etibarən Bakı şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan vətəndaşlar və abonentlər onları maraqlandıran istənilən məsələ, eləcə də yaranmış problemlə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – 4, 5 saylı “ASAN Xidmət” və 1, 2 saylı “ASAN Kommunal” mərkəzlərinə müraciət etmələri xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində aşağıda göstərilən xidmətlərin icrasıtam təmin olunduğundan həmin xidmətlər Birliyin yerli rayon xidmət sahələrində göstərilməyəcəkdir.
· İtirilmiş və ya zədələnmiş smart kartın bərpası;
· Borc və ödəniş haqqında arayışların verilməsi;
· Abonent məlumatlarında dəyişikliklərin edilməsi;
· Sayğacların istismarı ilə bağlı məlumatın verilməsi;
·Smart tipli sayğaclarda istifadə edilməyən məbləğin yeni quraşdırılmış sayğacın smart kartına köçürülməsi;
· Mexaniki sayğacların smart tipli sayğaclar ilə əvəz olunması səbəbindən yeni smart kartların verilməsi;
· Yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi,
· Qüsurlu ödənişin bərpa edilməsi;
· Yeni qazlaşma haqqında məlumatın verilməsi;
· Texniki şərtin verilməsi;
·Sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu;
· Dini qurumlara ayrılmış limitlərin verilməsi;
· Müqavilələrin bağlanması;
· Abonent kodundan smart karta ödənişin köçürülməsi;
·Smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi;
· Koda düşmüş kartların bərpası;
· Məcburi köçkün abonentlərin yeni arayışlarının qəbulu;
İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, neqativ halların aradan qaldırılması və şəffaflığın təmin olunması, həmçinin abonentlərin təhlükəsiz və fasiləsiz təbii qazla təmin olunması, abonentlərin məmnuniyyətinin qazanılması məqsədi ilə Birlik tərəfindən bundan sonra da yeniliklər həyata keçiriləcəkdir.
Qeyd edilən xidmətlər üzrə lazim olan sənədlərlə bağlı daha ətraflı http://azeriqaz104.az internet səhifəsində yerləşən “Müştəri xidməti” bölməsindən məlumat əldə edə bilərsiniz.
Digər xəbərlər
“Azəriqaz” İB uşaqları sevindirdi