Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

09 Fevral 2025

Nəsimi rayonunda qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədilə 10.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. 

Təmir-quraşdırma işləri aparılan müddətdə C.Məmmədquluzadə, H.Ələsgərov, H.Sarabski, A.Qurbanov, Mərdanov qardaşları, N.Vəzirov, M.Sənani, A.Səhhət, N.Yusifbəyli,İ.İsmayılov küçələrində, Azərbaycan Dövlət Tibb Universiteti və 1 nömrəli xəstəxana ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

light-logo