Zaqatala RQİİ-nin rəhbərliyi Şəki şəhərində vətəndaş qəbulu keçirdi

11 Fevral 2025

"Azəriqaz" İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin rəisi Cavid Hacıyevin iştirakı ilə 11.02.2025-ci il tarixində Şəki şəhərində vətəndaş qəbulu baş tutub. Qəbulda əsasən kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər ünvanlanıb. Görüşə üz tutan 13 nəfər vətəndaşın hər biri fərdi olaraq dinlənilib, bir sıra məsələlər yerində baxılaraq öz həllini tapıb.

light-logo