Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Yasamal rayonu, Z.Xəlilov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, İzmir küçəsində isə qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə 14.03.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə İzmir, Bakıxanov, 6-cı Nərimanov döngəsi ərazilərinin və Z.Xəlilov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər xəbərlər
Xırdalan sakinlərinin nəzərinə!
“Azəriqaz” İB-nin 16 işçisi mükafatlandırıldı