“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilərlə bağlı elan

15 May 2026

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədi ilə yaradılmış Seçki Komissiyası tərəfindən verilən elana əsasən, “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin qeydiyyatı prosesi başa çatıb.

İctimai Şura üzvlüyünə 11 nəfərin namizədliyi qeydə alınıb (siyahı əlavə olunur). Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi isə 7 nəfər müəyyən edilib.

Seçki Komissiyasının qərarına əsasən, İctimai Şura üzvlüyünə seçkilər 26 may 2026-cı il tarixində saat 10:00-dan 12:00-dək “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında (ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 35) vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncağı şəklində keçiriləcəkdir.

Namizədlər gizli səsvermə yolu ilə seçiləcək və səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər Şuraya üzv seçilmiş hesab olunacaqlar.

Seçkilərdə səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutlarından (25 may 2026-cı il saat 18:00-dək) öz təmsilçiləri (1 nəfər olmaqla) haqqında zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri və əlaqə vasitəsi, həmçinin şəxsiyyət vəsiqəsinin və vətəndaş cəmiyyəti institutunun üzvüdürsə, həmin üzvlüyü təsdiq edən sənədin surəti) ictimai.shura@socar.az elektron poçt ünvanına göndərməklə Seçki Komissiyasına təqdim etmələri xahiş olunur.

İctimai Şura üzvlüyünə qeydə alınmış namizədlərin siyahısı:

S/s

Ad, soyad, ata adı

Təmsil etdiyi təşkilat

1.     

Bağırov Sabit Aydın oğlu

“Davamlı İnkişaf və İnklüzivlik” İctimai Birliyi

2.     

Ağababayeva Tükəzban Nahin qızı

“EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi

3.     

Əhmədov Xanoğlan Əlüseyn oğlu

“Media və Mülki Cəmiyyət” İctimai Birliyi

4.     

Şabanov İlham Rauf oğlu

Müstəqil jurnalist

5.     

Yusubov Fəxrəddin Vəli oğlu

Azərbaycan Texniki Universiteti

6.     

Kərimov Kərim Seyidrza oğlu

Azərbaycan Dövlət Neft Akademiyası

7.     

Həsənov Xalid Şərif oğlu

Fövqəladə Hallar Nazirliyinin Akademiyası

8.     

Balayev Alı  Məhəmməd oğlu

“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi

9.     

Şirinov Elçin Vaqif oğlu

“Prioritet” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi

10.   

Muradlı Musa Heydər oğlu

“Ekoloji İnformasiya “ İctimai Birliyi

11.   

Rəhimova Xatirə Səftər qızı

“Tolerantliq” Sosial Araşdırmalar İctimai Birliyi

light-logo