“Azəriqaz” İB yanında İctimai Şura ilk iclasını keçirdi
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın ilk iclası keçirilib. İclasda Şuranın sədri, sədr müavini və katibi müəyyən edilib. Açıq səsvermə yolu ilə Şura üzvlərinin yekdil səslərilə “Davamlı İnkişaf və İnklüzivlik” İctimai Birliyinin sədri Sabit Bağırov sədr, “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri Xanoğlan Əhmədov sədrin müavini, “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Tükəzban Ağababayeva isə Şuranın katibi seçilib.
Sonra Şura üzvləri gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıb, Birliyin işinə ictimai nəzarətin həyata keçirilməsi, Birliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, aşkarlığın və şəffaflığın təmin olunması kimi məsələlərə toxunublar.
Qeyd edək ki, mayın 26-da “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Seçkilərdə səsvermə hüququ əldə etmiş 53 seçicidən 40-ı iştirak edib. Nəticədə tələb olunan səs sayını toplamış 7 namizəd İctimai Şuraya üzv seçilib.
Digər xəbərlər
“Azəriqaz” İB uşaqları sevindirdi