Təbii qazla işləyən tutumlu və axımlı su qızdırıcıları quraşdırılan vanna otaqları aşağıdakı tələblərə cavab verməlidir:

· təbii qazla işləyən axımlı su qızdırıcıları quraşdırılan vanna  otaqlarının həcmi 7,5 m3- dən, tutumlu su qızdırıcıları quraşdırılan vanna  otaqlarının həcmi isə 6,0  m3 - dən az olmamalıdır;

· vanna otağında ventilyasiya kanalı və  tüstü bacası olmalıdır;

· vanna otağının qapısı çölə açılmalı, təmiz havanın daxil olması üçün  qapı ilə döşəmə arasında sahəsi 0,02 m2 - dən az olmayan sahə olmalıdır və ya qapının aşağı hissəsində ümumi sahəsi həmin sahəyə ekvivalent olan dəliklər açılmalıdır;

· vanna otaqlarının daxili qaz xətləri və onlar üzərindəki işçi və nəzarətçi kranlar layihədə nəzərdə tutulmuş yerlərdə quraşdırılmalıdır;

· vanna otağında bütün qaz xətləri və onların yivli birləşmələri üçün istifadə edilən hissələr (fitinqlər) poladdan olmalıdır;

· təbii qazla işləyən axımlı su qızdırıcıları yanmayan divarda quraşdırılmalıdır və divardan ən azı 2 sm aralı olmalıdır.

 

  Qaz plitələri quraşdırılan  mətbəxlər aşağıdakı tələblərə cavab verməlidir:

· yaşayış binalarında qaz plitələri quraşdırılan  mətbəxlərin hündürlüyü 2,2 metrdən az olmamalıdır. Nəfəsliyi və ventilyasiya kanalı olmalıdır;

· mətbəxin həcmi dördgözlü plitələr üçün 15 m3-dən, üçgözlü plitələr üçün 12 m3-dan, ikigözlü plitələr üçün 8 m3–dən az olmamalıdır;

· mətbəxdə quraşdırılan qaz plitəsi ilə qarşı divar arasında ən azı 1m məsafə olmalıdır.

 

 

light-logo