Birliyin əməkdaşları "Təlimlərin planlaşdırılması, təşkili və effektivliyin ölçülməsi” prosesinə uyğun olaraq bir araya gəldi

21 Oktyabr 2024

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində “Təlimlərin planlaşdırılması, təşkili və effektivliyin ölçülməsi” prosesinə uyğun olaraq növbəti il üçün təlim ehtiyaclarının səmərəli və effektiv şəkildə toplanması məqsədilə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilməktədir. Bu məqsədlə nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq 18.10.2024-cü il tarixində Birliyin İdarəetmə aparatında xətti rəhbərlərə kommunikasiya görüşü təşkil olunub. 

Görüş zamanı təlim ehtiyaclarının müəyyən edilməsi prosesinin əhəmiyyəti vurğulanaraq ehtiyacların müvafiq qaydada təqdim edilməsi üçün rəhbərlərə dəqiq istiqamətlər verilib. İştirakçılar, təlimin təşkilində tətbiq ediləcək metodologiyalar və yanaşmalar haqqında məlumatlandırılıb. Əlavə olaraq, SOCAR-da insan kapitalının inkişafına yönəlik müxtəlif layihələr, imkanlar və alətlər barədə geniş təqdimat keçirilib. Bu təqdimat, iştirakçılara insan resurslarının potensialının artırılması, peşəkar inkişaf və karyera irəliləyişinin dəstəklənməsi sahəsindəki müxtəlif imkanları tanımağa kömək edib. Görüşün sonunda, rəhbərlərə təlim ehtiyaclarının toplanması üçün nəzərdə tutulan sonrakı addımlar və əlaqə kanalları haqqında ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

light-logo