Dəniz səviyyəsindən 1373 metr hündürlükdə yerləşən bu ucqar dağ kəndi qazlaşdırılır
Dəniz səviyyəsindən 1373 metr hündürlükdə yerləşən Şəmkir rayonunun Atabəy kəndinin etimoloji mənası qəyyum deməkdir. Bu ildən etibarən SOCAR-ın “Azəriqaz” İB-nin də Atabəy kəndində qəyyumluq etmək hüququ yaranıb. Çünki adıçəkilən kəndin qazlaşdırılması həyata keçirilir. Bu, həm də o deməkdir ki, yeni salınan qaz xətlərinə nəzarət SOCAR-ın “Azəriqaz” İB tərəfindən həyata keçiriləcək. Görülən işləri isə Birliyin böyük mühəndisi Nizaməddin İsmayılov ətraflı şəkildə izah etdi.
Qeyd edək ki, Atabəy kəndinə çəkilən qaz xətləri ümumilikdə 162 təsərrüfatı mavi yanacaqla təmin edəcək.
Ətraflı video materialda: https://youtu.be/lPUznpt9Xr4?si=C-2ThQx7dFbcZRfr
Digər xəbərlər
Xanın kəndi qazlaşır!
Şamaxı rayonunun Çuxuryurd kəndində qaz xətləri yenilənir
Salyan RQİİ-nin nümunəvi işçiləri təltif edildi