SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
SOCAR-ın “Azəriqaz” İB rəhbərliyinin Hacıqabul rayonunda vətəndaş qəbulu keçiriləcək. 06 noyabr saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Hacıqabul və Şirvan rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Salyan Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.