"Azəriqaz" İB-nin əməkdaşlarının övladları Ümummilli lideri Heydər Əliyev mərkəzində andılar

20 Dekabr 2024

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar SOCAR-ın "Azəriqaz" İB-nin əməkdaşlarının övladları üçün Heydər Əliyev mərkəzinə ekskursiya təşkil olunub. 3 günlük ekskursiya çərçivəsində 65 valideynin 120-dən çox uşağına mərkəzdə Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib. Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətləri və müstəqilliyin qorunması ilə yanaşı, güclü dövlətin formalaşdırılmasında gördüyü işlərdən danışılıb. SOCAR-ın "Azəriqaz" İB-nin həyata keçirdiyi bu layihə uşaqlarla yanaşı, valideynlərin də marağına səbəb olub.

light-logo