SOCAR-ın “Azəriqaz” İB yanında İctimai Şuranın cari ildə ilk iclası baş tutdu

21 Yanvar 2025

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında keçirilən iclasda sədr Elçin Salmanov və Şura üzvləri iştirak edib. Görüşdə ilk olaraq ötən ilin yekunları haqqında ətraflı məlumat verilib. Daha sonra “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2023-cü ildə təsdiq etdiyi qərarın müzakirəsi aparılıb. Bundan başqa, SOCAR-ın “Azəriqaz” İB yanında İctimai Şuranın 2025-ci il fəaliyyət planının təsdiqi, həmçinin planlaşdırılan görüş və səfərlərin qeydiyyatı həyata keçirilib. Sonda Şura üzvlərinin təklifləri dinlənilərək əlavə tapşırıqlar verilib. İclasda qəbul edilən qərarların “Azəriqaz” İB-nin baş direktoruna təqdim ediləcəyi qeyd olunub.

light-logo